Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:48

Vankuverdə azərbaycanlılar yürüş keçirəcəklər


Üzərində şüarlar olan xüsusi köynəklər hazırlanıb
Üzərində şüarlar olan xüsusi köynəklər hazırlanıb
Avqustun 14-də Kanadanın Vankuver şəhərində İran azərbaycanlılarının hüquqları üçün yürüş keçiriləcək.

Bu barədə AzadlıqRadiosuna yürüşün təşkilatçılarından biri Eyyub Hacıyev deyib.

Yürüş İranda yaşayan azərbaycanlılara dəstək məqsədi daşıyır:

«Hər il azərbaycanlılar Babək qalasına yürüş edirlər, öz hüquqlarını İran hökumətindən tələb edirlər. Son dövrlər İran hökuməti buna imkan vermir. Biz də yürüşü keçirməklə İranda azərbaycanlılara dəstək vermək istəyirik. Simvolik olaraq Vankuverdə yerləşən Qrous-Mauntin dağına yürüş keçiriləcək».

Tədbirlə əlaqədar iştirakçılar üçün üzərində şüarlar olan xüsusi köynəklər də hazırlanıb.

E. Hacıyev deyir ki, aksiya zamanı həm İran hökumətinə, həm də İran azərbaycanlılarına mesajları olacaq:

«Axırda çıxışımız olacaq. İran hökumətinə mesajımız odur ki, onlar azərbaycanlıların hüquqlarını dana, bu yolla heç nəyə nail ola bilməzlər. Soydaşlarımıza mesajımız isə odur ki, biz onlar haqda düşünür, keçdikləri yolda çətinliklərini anlayır və dəstək oluruq».

Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəmidin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir.

İran hökuməti xüsusilə bir neçə ildə qalaya yürüşə maneələr yaradır, təşkilatçıları həbs edir.
XS
SM
MD
LG