Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:49

Müxalifət 125 namizəd tapmayacaq?


Siyavuş Novruzov
Siyavuş Novruzov
«Müxalifət mətbuatında Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı namizədlərinin müəyyənləşdirilməsi haqqında yazılan fikirlər qətiyyən həqiqəti əks etdirmir».

Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP namizədlərin müəyyənləşdirilməsində bir sıra amilləri əsas götürür. İlk növbədə, partiya hər bir dairədən özünün namizədini irəli sürəcək.

Bununla bağlı kifayət qədər tədqiqat işinin aparıldığını deyən YAP İcra katibinin müavini tədqiqat işinin yekunlaşmaq üzrə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hazırda müxaliəfət tərəfi seçkilərlə bağlı ümumi bəyanatlar verir:

«Biz onların hansı seçki dairələrindən kimin namizəd irəli sürməsini izləyirik və onlara qarşı alternativ namizədimizi irəli sürəcəyik. Namizədlərin siyahısını isə vaxtı çatanda elan edəcəyik»-deyə YAP İcra katibinin müavini vurğulayıb.

S.Novruzovun fikrincə, müxalifət partiyaları birləşsə də, 125 dairənin hamısına namizəd tapa bilməyəcəklər.
XS
SM
MD
LG