Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:50

Azərbaycan 12 iranlı məhbusu Tehrana təhvil verib


Hüquqi Yardım Haqqında Azərbaycanla İran arasındakı müqavilənin şərtlərinə uyğun olaraq, Azərbaycanda cəza çəkən 12 iranlı məhbus ölkələrinə təhvil verilib.

Bu barədə APA agentliyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.

Məlumata görə, 12 iranlı məhbus avqustun 9-da İran tərəfinə təhvil verilib.
Onlardan biri qadındır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyevin avqustun 11-də buraxılmasının bu məsələ ilə heç bir əlaqəsi olmadığını bildirib.
XS
SM
MD
LG