Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Azərbaycan nefti Vyetnama çatıb


Neft «Dung Quat» neftayırma zavodunda emal olunacaq.
Neft «Dung Quat» neftayırma zavodunda emal olunacaq.
Azərbaycan xam nefti ilə yüklənmiş ilk tanker avqustun 11-də Vyetnama çatıb.

APA-nın Vyetnam KİV-lərinə istinadən verdiyi məlumata görə, bu xam neft «Dung Quat» neftayırma zavodunda emal olunacaq.

Bu, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə «PetroVietnam» şirkəti arasında imzalanmış müqavilə çərçivəsində Vyetnama ixrac olunmuş ilk xam neft partiyasıdır.

Müqaviləyə əsasən, ARDNŞ avqust ayında Vyetnama 65 min barel, BP şirkəti də eyni həcmdə xam neft ixrac edəcək. İdxal olunmuş neft istehsal prosesində cənubi Veytnamdakı «Bach Ho» yatağından hasil edilmiş neftlə qarışdırılacaq.

Qeyd edək ki, cari ilin aprel ayının 8-də ARDNŞ və «PetroVietnam» arasında əməkdaşlığa dair memorandum, ARDNŞ-in Asiya ölkələri üzrə treydinq şirkəti olan «SOCAR Trading Singapur» ilə «PetroVietnam» arasında Azərbaycan xam neftinin Vyetnama satışına dair uzunmüddətli müqavilə imzalanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG