Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:43

Müstəntiq vəzifəsindən azad edildi


Respublika Baş Prokurorluğu
Respublika Baş Prokurorluğu
Göyçay rayon Prokurorluğunun müstəntiqi Aftandil Babayev vəzifəsindən azad edilib.

Məlumatı Respublika Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Göyçay rayon sakini Nəriman Ağayevin şikayəti əsasında aparılmış araşdırmalarla müəyyən edilib ki, müstəntiq Aftandil Babayev Nəriman Ağayevin qızı Zümrüd Ağayevanın 2009-cu il noyabrın 20-də yaşadığı evdə ölməsi faktı ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmayıb.

Valideynlər iddia edirlər ki, vəfat etmiş qızın yarılmaması üçün müstəntiq onlardan 800 manat rüşvət alıb. Hətta müstəntiq meyiti bir neçə saat saxlayaraq valideynlərdən pulun verilməsini tələb edibmiş.

Valideynlərinin hüquq müdafiəçisi Vidadi İsgəndərova müraciətindən sonra bu məsələ ictimailəşib. Hüquq müdafiəçisi bir neçə dəfə Baş Prokurorluğa rəsmi müraciət edib.

Vəfat etmiş qızın valideynləri və qohumları müstəntiqin cəzalandırılması tələbilə Göyçay rayonunda bir neçə etiraz aksiyası keçiriblər.

Baş Prokurorluğun məlumatında bildirilir ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinin eksperti meyiti daxili müayinə etmədiyi halda, məhkəmə-tibbi müayinə haqqında saxta akt tərtib edilib. Aktda müstəntiqin daxili müayinədə iştirak etdiyi qeyd olunsa da, bu fakt da öz təsdiqini tapmayıb.

Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG