Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 19:16

Bəzi yerlərdə un bahalaşıb



Çörək və unun qiymətinin monitorinqi aparılır. İstisadi İnkişaf nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatına görə, onlar çörəyin və unun qiymətinin gündəlik monitorinqini aparırlar.
Xidmətdən bildirirlər ki, aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib.

Amma monitorinqlər zamanı un istehsal edən müəssisələrin topdansatış qiymətlərində artım müşahidə edilməsə də, bəzi pərakəndə satış obyektlərində bir kisə 50 kq-lıq əla növ unun qiymətinin 2 manatadək bahalaşdığı müşahidə olunub.
Xidmətin məlumatına görə, ticarət obyektlərində unun qiyməti ilə bağlı yoxlamalara başlanıb. “Yoxlamalar nəticəsində süni qiymət artımına yol verdiyi müəyyən edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək” - məlumatda deyilir.

XS
SM
MD
LG