Türkiyənin Şırnaq vilayətinin İdil rayonu yaxınlığında neft kəməri partladılıb. Neft kəməri Iraqla sərhəddən çox da uzaqda deyil.
Türkiyənin təhlükəsizlik məmurları kəmərin partladılmasını terrorçuluq aktı kimi dəyərləndrib. Burda PKK-nın əli olduğu istisna edilmir, amma hələlik partlayışı heç kim öhdəsinə götürməyib.
Kəmərin partlaması nətizsəində yanğın baş verib. Yanğın yaxınlıqdan keçən avtomobilə sıçrayıb. Nəticədə avtomobildəki 2 nəfər yanaraq ölüb.
İraq neftinin 25 faizi bu kəmərlə ixrac olunur.