Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Beynəlxalq təşkilatlar “WikiLeaks”-ə çağırış edib


“WikiLeaks” saytının rəhbərliyindən gizli sənədlərdə adı keçən mülki vətəndaşlarla bağlı məlumatları senzuradan keçirmək tələb olunur. Söhbət Əfqanıstan müharibəsi ilə əlaqədar sənədlərdə xarici nümayəndələrlə işləyən mülki vətəndaşlardan gedir.

Əfqanıstan Müstəqil Hüquqlar Komissiyası, “Amnesty International”, Beynəlxalq Böhran Qrupu, Acıq Cəmiyyət İnstitutu və Münaqişələrdə Günahsız Qurbanlar Kampaniyası “WikiLeaks”ın təsisçisi Julian Assangeyə elektron məktublar göndəriblər. Onlar 77 min gizli sənəddə Əfqanıstan vətəndaşlarının adlarıyla maraqlanıblar.

Əfqanıstan Müstəqil Hüquqlar Komissiyasından Nadir Nadiri deyib ki, hökümətlə əməkdaşlıq etmiş mülki şəxslərin qətllərinin sayında artım var, o, “WikiLeaks”ın gizli sənədləri çap etmək qərarıyla bağlı deyib ki, burda mülki şəxslərlə bağlı müzakirə yox idi.
XS
SM
MD
LG