Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

Merilin Monronun sevimli yazıçıları kim idi?


Bəlkə də bu, kimlərəsə qəribə və inanılmaz görünəcək.

Çünki Hollivud aktrisaları və məşhur supermodelləri dərin zəkalı insanlar saymayanlar az deyil.

Amma kino tarixinin ən məşhur simalarından olmuş, aktrisa Merilin Monronun (1926-1962) ən sevimli yazıçıları Ceyms Coys və Samuel Bekket imiş.

Onlar 20-ci əsr ədəbiyyatının ən mürəkkəb və ən dərin əsərlərini yaradan yazarlardandırlar.

Britaniyanın “İndependent” qəzeti yazır ki, Merilin Monronun sevimli yazıçıları haqda qeydlər aktrisa haqda yeni kitabda yer alıb.

Bu ilin sentyabrında çap olunacaq kitab “Fraqmentlər" adlanır və oraya Monronun şeirləri, gündəlikləri, şəxsi qeydləri daxil edilib.

Kitabın redaktoru Bernard Komment qəzetə deyib ki, aktrisanın ən sevimli şairi Uitmen olub.

Monronun Coysun “Uliss”ini oxuyan yerdə şəkilləri əvvəllər yayılmışdı.

Amma redaktor deyir ki, yalnız kitabdakı materiallar onun bədii zövqünü tam anladacaq.

Kitabda qeyd edilir ki, Monro Coysu özü üçün 26 yaşında “kəşf edib”.

O, Coysun məşhur “Uliss” əsərindən parçaları, xüsusən də Molli Blümun əsərin sonundakı monoloqunu dəfələrlə səhnədə ifa edib.

Məlumdur ki, aktrisanın böyük şəxsi kitabxanası olub, orada Bernard Şou, Devid Herbert Lourens, Con Steynbek, Ernest Heminquey və başqa yazıçılarının kitabları yer alıb.

Monroya məxsus “Uliss” 1999-cu ildə hərracda 9200 dollara satılmışdı.

Redaktor xatırladıb ki, Monro qısa müddət ərzində Los Ancelesdəki Kaliforniya Universitetində ədəbiyyat və incəsənət kurslarında da iştirak edib.

Amma tezliklə kurslarda iştirakını dayandırıb, çünki onun dərslərə qatılması başqa tələbələrin diqqətini yayındırırmış.

Kitaba Monronun İntibah dövrü incənətinin tarixi ilə bağlı konspektləri də daxil edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG