Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:06

Mərakeşdə 1000-dən artıq məscid söküləcək


Mərakeşin Dini İşlər Nazirliyi avqustun 10-da elan edib ki, ölkədə 1000-dən artıq məscid söküləcək. Nazirlik bunu həmin məscidlərin binalarının təhlükəsizliyinin yaxşı vəziyyətdə olmaması ilə izah edib.

Bu ilin fevralında Mərakeşdə məscidlərdən birinin minarəsinin uçması nəticəsində 41 nəfər həlak olmuşdu. Bundan sönra kralın göstərişi ilə ölkədəki 19 min məscidin binasında yoxlama işləri aparılıb.

Dini İşlər Nazirliyi bildirir ki, həmin yoxlamanın nəticəsi olaraq 1256 məscid bağlanacaq. 513 məscid isə binası təhlükəli olduğu üçün ümumiyyətlə sökülüb yerində yeniləri tikiləcək.
XS
SM
MD
LG