Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:49

Keçmiş senator və NASA-nın keçmiş rəhbəri təyyarə qəzasına düşüb


ABŞ-da Respublikaçılar Partiyasında keçmiş senator Ted Stevens və ölkənin kosmik tədqiqatlar agentliyi NASA-nın keçmiş rəhbəri Sean O'Keefe təyyarə qəzasına düşüb. Avqustun 10-da yayılan məlumata görə onlar dünən Alyaskada qəzaya uğramış təyyarədə olublar. Amma hələlik onların həlak olduqları, yaxud sağ qaldıqları haqqında rəsmi məlumat yoxdur.

Sean O'Keefe hazırda Avropa kosmik şirkəti EADS-a rəhbərlik edir. Şirkət təyyarənin qəzaya uğradığını təsdiqləsə də rəhbərinin taleyi haqqında məlumat verməyib.

İlkin məlumatlara görə həmin təyyarədə olan doqquz nəfərdə azı dördü sağ qalıb.
XS
SM
MD
LG