Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

«Abdulla Gülün Azərbaycana səfəri Rusiya və Ermənistana mesajdır»


Elxan Şahinoğlu
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Abdulla Gülün Azərbaycana səfəri təxminən Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana səfəri ilə eyni vaxta təsadüf edir.

«Bu baxımdan Abdulla Gülün Azərbaycana səfəri önəmlidir. Rusiya və Ermənistana mesajlar göndərilir ki, Türkiyə Azərbaycana dəstəyini azaltmayacaq».

Politoloq deyir ki, iki ölkə arasında viza məsələsinin ortadan qaldırılmasının zamani yetişib:

«Viza məsələsində İranla bağlı müəyyən məqamlar var ki, Azərbaycan hakimiyyəti bundan çəkinir. Türkiyə vətəndaşları üçün viza aradan qaldırılarsa, bu, İran vətəndaşları üçün də edilməlidir. Çünki İran hakimiyyəti Azərbaycan vətəndaşları üçün vizanı aradan qaldırıb. Amma Türkiyə Azərbaycanın strateji müttəfiqidir və bu mənada mən düşünürəm ki, Türkiyə vətəndaşlarına tətbiq edilən viza məsələsinin ortadan qaldırılmasının zamanı
Hasan Oktay
yetişib».

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay isə bu səfərin Azərbaycan və Gürcüstan üçün böyük önəm daşıyacağını deyib:

«Yaxınlarda Bakı-Tbilisi-Ankara siyasət xətti ön plana çıxacaq. Təbii ki, bu cür münasibətlər tez zamanda nəticə verə bilməz. Amma bunun davamlı bir münasibət olması və Gürcüstanın da yalnızlıq hissi çəkməməsi üçün Türkiyə və Azərbaycanın Qafqazda siyasət həyata keçirməsi mümkündür. Yaxınlarda bu istiqamətdə yaxınlaşmalar ola bilər»...

XS
SM
MD
LG