Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Türkiyə prezidenti Azərbaycana gəlir


Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri avqustun 16-17-də baş tutacaq.

Bu barədə Trend-ə Türkiyə Prezidentinin ofisindən bildiriblər. Qeyd ediblər ki, səfər proqramı hələ ki tam müəyyənləşməyib.

Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib ki, Prezident Gül səfər zamanı Azərbaycan tərəfi ilə Dağlıq Qarabağ münaqişəsini və bir sıra ikitərəfli sənədləri müzakirə edəcək.

Trend-ə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu rəsmi səfər zamanı Prezidenti müşayiət etməyəcək.
XS
SM
MD
LG