Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

İstəyirsən şeiri uzan de, istəyirsən atılıb-düşərək...


Nə ədəbi jurnal, nə redaktor, şeir yazmısan, buyur gəl, çıx səhnəyə, götür mikrafonu, döşə kimin qabırğasına istəyirsən… Üstəlik qalibə pul mükafatı da verirlər.

Bu şəraiti Amerikada şairlərə “Poetry slam” müsabiqəsi yaradır.

“Slam” ingiliscə “darmadağın etmək, tolazlamaq, çırpmaq, kəskin tənqid etmək” deməkdir.

“Slam” poeziya müsabiqəsində əsasən ictimai-siyasi mövzuda şeirlər deyilir: siyasətçilərin davranışları, iqtisadi böhran, qadın-kişi bərabərliyi, irqi zəmində problemlər, abort…

Bu müsabiqənin yaradıcısı Amerika şairi Mark Smitdi. Məhz o, 1984-cü ildə ilk dəfə olaraq Çikaqoda belə bir müsabiqə təşkil edib.

İndi “Poetry slam” müsabiqəsi nəinki Amerikada, hətta Almaniya, İsveç, Kanada, Fransa və başqa ölkələrdə də keçirilir.

İndi Amerikada qeydiyyatdan keçmiş 80 sləm komandası var.

Məhəlli müsabiqələr orta məktəblərdə, kolleclərdə də keçirlir.

1990-cı ildən bəri – hər il Amerikada bütün ölkəni əhatə edən Milli “Slam” Müsabiqəsi də keçirilir.

Final 5 gün davam edir.

Adətən zallar dolu olur. Şeirləri bir qayda olaraq 5 nəfərdən ibarət olan Münsiflər Heyəti qiymətləndirir – hər bir münsifin verə biləcəyi maksimum bal -10-dur.

Münsiflər nəinki şeirin bədii dəyərinə diqqət edir, həm də şairlərin səhnədə öz əsərlərini necə ifa etmələrinə qiymət verirlər.

Müsabiqələr bir neçə raundda keçirilir. Ən çox bal yığan şairlər növbəti mərhələyə keçirlər.

Şeirlərin deyilməsinə vaxt limiti qoyulur. Adətən 3, yaxud 4 dəqiqə.

Adətən müsabiqədə diqqəti şeirin məzmunundan yayındırmamaq üçün şairlərin fərdi dekorasiya, kostyum və musiqi parçalarından istifadə etməsi qadağandır.

Müsabiqənin iki növü var. “Açıq sləm” yarışmasına kim istəsə qatıla bilər. “Dəvətli sləm”də isə yalnız əvvəlcədən müsabiqəyə qatılmaq təklifi alanlar iştirak edir.

Şairlər hərəkətlərində sərbəstdirlər, şeiri lap səhnədə uzanıb da söyləmək olar, atılıb-düşərək də.

Müsabiqənin əsas ideyası budur: hamı tənqid oluna bilər, heç kəs toxunulmaz deyil. Bu, ifadə azadlığına xidmət edir.

Xüsusən yaş dövrü ilə bağlı olaraq özünü ifadə etməyə böyük tələbat duyan yeniyetmələr “Slam” müsabiqələrinə meyl edirlər.



Amma “Slam” hərəkatına münasibət birmənalı deyil.

Məsələn, ədəbiyyat tənqidçisi Harold Blum Amerikanın “Paris Review” ədəbiyyat dərgisinə deyib ki, “Slam” müsabiqəsi “sənətin ölümüdür”.

İndi Amerikada tanınan şairlərin bəziləri vaxtilə “Slam” müsabiqələrində yer tutublar.

Bəzi tanınmış şairlər isə bu tip yarışmalarda uğur qazana bilməyiblər.

Məsələn, 1985-ci ildə poeziya üzrə nüfuzlu Pulitser mükafatının qalibi olan Henri Teylor 1997-ci ildə Milli Sləm Müsabiqəsinə qatılıb və 150 iştirakçı arasında 75-ci yeri tutub.

Həmçinin oxu
Amerikada şairlər ayı...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG