İranın tanınmış jurnalisti və disidenti Əkbər Gənci Beynəlxalq Mətbuat İnstitutunun “Mətbuat Azadlığı Qəhrəmanı” Mükafatına layiq görülüb. İnstitut onu İranda cəsur jurnalist fəaliyyətinə bu mükafata layiq gördüyünü elan edib.
Əkbər Gənci 1980-1990-cı illərdə disident və ziyalılara qarşı hökumətin sistemli repressiyaları haqqında yazılarına görə altı il həbsdə saxlanıb. Elə həbsdə olduğu müddətdə yazdığı “Zindan hekayələri” adlı kitabı ən çox satılanlardan olub.
2006-cı ildə azad edilən kimi İranı tərk edib. 2008-ci ildə ingilis dilində “İranda demokratiya yolu” adlı kitabı çap olunub.