Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 12:13

Hakimlərin sayı 600 nəfər oldu


Prezident İlham Əliyev avqustun 9-da imzaladığı fərmanla ölkədə hakimlərin ümumi sayını 600 nəfər müəyyən edib.

Prezidentin fərmanında məhkəmə sisteminin quruluşunda bəzi yerdəyişmələr də edib.

Prezident iki il əvvəl - 2006-cı ilin avqustunda hakimlərin sayının 153 nəfər artırılaraq 480 nəfərə qədər artırılması barədə fərman vermişdi.

Amma mütəxəssislər yenə də ölkədə hakim çatışmazlığı olduğunu deyirdilər. Onlar deyirlər ki, Avropada əhalinin hər 100 min nəfərinə 20-25 hakim düşür. Azərbaycanda isə bu göstərici son dərəcə aşağıdır. Ona görə də məhkəmələrdə bəzən eyni hakim gündə bir neçə müxtəlif işə baxmalı olur. Bu da verilən qərarlara pis təsir edir.

Ölkə başçısının bu gün imzaladığı fərmandan sonra isə Azərbaycanda hər 100 min nəfərə təxminən yeddi hakim düşür.
XS
SM
MD
LG