Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 06:33

Tatarıstan və Ulyanovskda yanğın söndürülüb


Rusiyada yanğnla bağlı vəziyyət nisbətən yaxşılaşsa da çətin olaraq qalır.

İnterfaks agentliyi Fövqəladə Hallar Nazirliyinə istinadla Tatarıstan və Ulyanovsk vilayətlərində yanğının tam söndürüldüyünü xəbər verir.

Amma Moskva, Nijeqorodsk və Kirov vilayətlərində vəziyyət gərgin olaraq qalır.

Bundan əvvəlki məlumatlarda meşə yanğınlarının 170 min hekdardan çox ərazini əhatə etdiyi bildirilirdi.

Moskva üzərinə qatı tüstü çöküb,havanın çirklənməsi mümkün həddən 6 dəfə çoxdur.

Hava limanları fasilələrlə işləyir.
XS
SM
MD
LG