Gürcüstan hökuməti Rusiya prezidenti Dimitri Medvedevin Abxaziyaya səfərini pisləyib.
Baş nazirin müavini Teymur Yakobaşvili bildirib ki, səfər Rusiyadakı meşə yanğınlarıyla bağlı ölkədə yaranmış problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyır və bu Qafqaz regionunda heç nəyi dəyişməyəcək.
Rusiya prezidenti Dimitri Medvedev bazar günü Suximidə birtərəfli qaydada müstəqilliyini elan eləmiş Abxaziya prezidenti Sergey Bağapşla görüşüb.
Medvedev Moskvanın Abxaziya ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da inkişaf etdirəcəyini vəd edib.