Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:50

Rusiya taxıl ixracına qadağa qoyub


Rusiya quraqlığa görə avqustun 15-dən dekabrın 31-dək taxıl ixracına qadağa qoyub.

Bu barədə hökumətin mətbuat xidməti xəbər verir.

Baş nazir Vladimir Putin hökumətin iclasında həmçinin quraqlıq nəticəsində ziyan dəymiş fermerlərə 35 milyard rubl maliyyə yadımı ediləcəyini bildirib.

Bu məbləğin 10 milyardı dotasiya, 25 milyardı isə 3 illik güzəştli kredit olacaq.

Quraqlıqdan əvvəl bu il ölkədə 97 milyon ton taxıl istehsalı planlaşdırılırdı.

İndi bu rəqəm 70-75 milyona düşüb.
XS
SM
MD
LG