Meşə yanğınları və havanın temperaturunun rekord səviyyədə yüksək olması Moskvada atmosferin dözülməz dərəcədə çirklənməsinə səbəb olub. Atmosfer çirklənməsi son 8 ildə ən yüksək həddə çatıb.
MOSKVADA NƏFƏS ALMAQ ÇƏTİNDİR
Çirklənməyə nəzarət edən dövlət agentliyindən bildirirlər ki, gecə vaxtı havada karbon monooksidin konsentrasiyası icazə verilən səviyyədən 6 dəfə çox olur.
Moskva sakinlərindən biri Nadejda deyir ki, nəfəs almaq olduqca çətindir:
«Bu çox ciddi problemdir. Xüsusilə səhərlər pəncərəni heç açmaq olmur. Heç nə kömək eləmir. Kondisioner və nəm əsgilərin kömək etdiyini deyirlər, amma qapı və pilləkəndən tüstü yenə mənzilə dolur».
Rusiyanın Avropa hissəsində iyun ayının ortalarından müşahidə olunan qeyri-adi çirkli havalar ölkənin 17 regionunda o cümlədən Moskva, Nijni Novqorod və Kazanda meşə yanğınlarına səbəb olub. Yanğınlar atıq bir neçə həftədir ki, davam edir. Meşə yanğınları nəticəsində indiyə qədər 48 adam ölüb. 3 minə qədər ev isə yararsız hala düşüb.
7 VİLAYƏTDƏ FÖVQƏLADƏ VƏZİYYƏT
Nijni Novqorodun cənubunda yanğınlar iki həftədir davam edir. Burda 19 adam ölüb, 650 ev yanıb. Baş Prokuror yerli rəsmi şəxslərin səhlənkarlığı ilə bağlı cinayət işi qaldırıb. Bütün Rusiya ərazisində yanğınlarla mübarizəyə 10 minə qədər yanğınsöndürən və on minlərlə hərbçi cəlb olunub. Rusiyanın 7 vilayətində fövqəladə vəziyyət elan olunub.
Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqo bildirib ki, yerlərdə yanğınlar nəzarətdən çıxıb.
Avqustun 3-də meşə yanğınları Nijni Novqorod şəhərinə yaxınlaşıb. Bu şəhərdə Rusiyanın nüvə tədqiqat mərkəzi yerləşir. Vəziyyət o qədər ciddidir ki, RusAtom-un rəhbəri Sergey Kiriyenko yanğınla mübarizə əməliyyatına şəxsən nəzarət etmək üçün hadisə yerinə gəlib.
6 TƏYYARƏ YERƏ ENƏ BİLMƏYİB
İndiyə qədər 130 min hektar ərazi yanıb kül olub.
Avqustun 3-də gecə tüstü dumanı səbəbindən 6 təyyarə Moskvanın Domededovo aeroportuna enə bilməyib. Təyyarələr başqa aeroportlara yönləndirilib. Ancaq rəsmilər indi bütün aeroportların normal işlədiyini bildirirlər.
Ekspertlər Moskva sakinlərinə çölə çıxmamağı, çıxanda isə ağızlarını və burunlarını tənziflə örtməyi məsləhət görürlər. Meteoroloqlar gələn həftəyə qədər temperaturun 38-40 dərəcədən aşağı düşməyəcəyini proqnozlaşdırırlar.
/ Tərcümə etdi: Kəbiran Dilavərli /