Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 11:05

Pakistan prezidenti Britaniyaya gəlib


Pakistan prezidenti Asif Əli Zərdari Böyük Britaniyaya 5 günlük səfərə gəlib. O Britaniyanın rəsmi şəxsləri ilə terrorçuluq, Pakistanda baş vermiş təbii fəlakət məsələləri müzakirə edəcək.

Prezident Zərdari Böyük Britaniyanın baş naziri Devid Kameronla da görüşəcək. Kameron xarici səfərlərinin birində bildirmişdi ki, İslamabad terrorçuluğun ixracı ilə daha fəal mübarizə aparmalıdır. Pakistan bu bəyanatla bağlı narahatlığını bildirmişdi.

XS
SM
MD
LG