Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 01:27

Polşa Rusiyanı təyyarə qəzasına dair məlumatları gecikdirməkdə ittiham edir


Polşa rəsmiləri Moskvanı keçmiş prezident Lex Kaçinskinin təyyarə qəzasında həlak olması ilə bağlı araşdırma haqqında informasiyaları Varşavaya göndərməyi gecikdirməkdə ittiham edirlər. Bu işi araşdıran istintaq qrupunun rəhbəri Polşa qəzetlərinə bildirib ki, Rusiya bu hadisə barədə materialların üzə çıxarılmasını istəmir.

Polşa müstəntiqləri guman edirlər ki, həmin materiallar qəzada Rusiya hava nəqliyyatı rəsmilərinin günahının olub-olmamasını ortaya çıxara bilər.

Bu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi Rusiya ərazisində Smolensk hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisədə prezident və xanımı da daxil olmaqla Polşanın 96 nəfər yüksək rütbəli rəsmisi həlak olub.
XS
SM
MD
LG