Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:18

Dünyanda ən çətin iş yeri


Meksika Körfəzində qəzanın təbiətə vurduğu ziyanın miqyasını azaltmaq üçün dəniz üzündə toplanan nefti yandırırlar
Meksika Körfəzində qəzanın təbiətə vurduğu ziyanın miqyasını azaltmaq üçün dəniz üzündə toplanan nefti yandırırlar
CNN Money yazır ki, belə bir iş yeri BP neft şirkətinin təmsilçisi vəzifəsidir.

BP Meksika körfəzindəki qəzayla bağlı şirkətin media ilə münasibətlərini həyata keçirə bilən adamı işə götürmək üçün elan verib. Onun vəzifəsi Deeptewater Horizon yatağındakı qəzadan BP-nin imicinə dəyən ziyanı imkan daxilində azaltmaq olacaq.

Həqiqətən də mətbuat konfranslarında və müsahibələrdə Meksika körfəzindəki fəlakətlə bağlı jurnaslitlərin kəskin suallarına cavab vermək, necə deyərlər, hər kişinin işi deyil.

İndiyədək bu rolu BP-nin yenicə istefaya gedən rəhbəri Tony Hayward şəxsən özü yerinə yetirirdi və ola bilər ki, elə bunun da güdazına getdi.

Mütəxəssislərin fikrincə, Tony Haywardın bir sıra uğursuz ifadələri ictimaiyyətin BP-yə olan mənfi münasibətini daha da gücləndirmişdi, halbuki hər şey əksinə olmalı idi. Bu ifadələrdən ən yadda qalanı, onun çarəsizcasında dediyi: “Mən həyatımı geri istəyirəm” sözləridir.

Tony Hayward sabiq BP rəhbəri qismində verdiyi ilk müsahidə deyir:

- Mən hər şeyi düzgün etdiyimə görə oldum “pis adam”. Amma başa düşürəm ki, günahın bütün şirkətin üstünə düşməyindənsə, konkret şəxslərin boynuna yıxılması daha məqsədəuyğundur.

Hazırda BP-nin hüquqşünasları artıq indidən “Əsrin məhkəməsi” adını alan prosesə hazırlaşırlar. Yaxın günlərdə ABŞ-ın İhaio ştatındakı məhkəmələrdən biri BP qarşı təqdim olunan 200-ə yaxın şikayət ərizəsinin nə dərəcədə əsaslı olduğunu nəzərdən keçirib onların hamısının bir yerdə icraata götürülməsi haqda qərar verəcək.

BP-yə qarşı təqdim olunan məhkəmə iddiaları isə çox müxtəlifdir. Burada Deeptewater Horizon platformasında həlak olan 11 nəfər neftçinin yaxınlarının, balıqçıların, investorların və hatta BP-nin aksiyalarının sahibi olan şəxslərin şikayətləri də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG