Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:29

Robert Dadli BP-nin yeni prezidentidir


Robert Dadli
Oktyabrın 1-dən BP-nin icraçı direktoru Toni Heyvard vəzifəsini tərk edəcək.

BP-nin rəsmi məlumatında deyilir ki, şirkətin yeni prezidenti Robert Dadli olacaq.

Robert Dadli 2003-2008-ci illərdə «TNK-BP» Britaniya-Rusiya birgə müəssisəsinin prezidenti vəzifəsində çalışıb, 2009-cu ildən isə BP-nin Direktorlar Şurasının üzvüdür.

Hazırda o, Meksika körfəzində neftdən çirklənmiş ərazinin təmizlənmə əməliyyatlarına cavabdehdir.

Toni Heyvard isə noyabrın 30-dək BP-nin Direktorlar Şurasının üzvü qalacaq, daha sonra isə onun «TNK-BP»-nin Direktorlar Şurasında məsləhətçi vəzifəsinə təyin edilməsi planlaşdırılır.
XS
SM
MD
LG