Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun «Qızıl Motsart» medalı təqdim edilib.
Medal iyulun 30-da Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının rəsmi açılışı zamanı təqdim olunub.
Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova mərasimdə iştirak ediblər.
Rəsmi açılışdan sonra konsert proqramında Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Konsertdə Dmitri Yablonski, Yuri Başmet, Emilio Ponsı, Xloe Hanslip, Fərhad Bədəlbəyli çıxış ediblər.
Bu medal 1991-ci ildən verilir. Medala indiyəcən bəstəkarlar, müğənnilər, ifaçılar və bir musiqi məktəbi layiq görülüb.
İlk dəfədir ki, medal tanınmış musiqiçi olmayan şəxsə verilir.
Bundan qabaq medal - 2007-ci idlə Bakıda anadan olmuş dünya şöhrətli ifaçı Mstislav Rostropoviçə verilmişdi.