Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 15:10

Rusiya prezident administrasiyasının rəhbəri Bakıya gəlir

Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkin avqustun 1-də Azərbaycana gələcək.

APA-nın məlumatına görə, Sergey Narışkin avqustun 2-də Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və Rusiya prezidenti Dmitri Medvedevin sentyabrda Azərbaycana gözlənilən səfərinə hazırlıq məsələləri müzakirə ediləcək.
XS
SM
MD
LG