Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:21

ADNA-dakı qətldə ittiham olunanlara vəkillər bəraət istəyiblər


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il Neft Akademiyasında törədilmiş kütləvi qətl hadisəsi ilə bağlı məhkəmə prosesində vəkillər çıxış edib.

Təqsirləndirilən Nadir Əliyevin vəkili onun cinayət barədə bilə-bilə xəbər verməmə ittihamının saxlanmasını, digər ittihamlara xitam verilməsini istəyib.

Cavidan Amirovun, Nəcəf Süleymanovun və Ariz Qabulovun vəkilləri isə müttəhimlər üçün bəraət istəyib.

Dövlət ittihamçısı Nadir Əliyevin, Cavidan Amirovun və Nəcəf Süleymanovun ömürlük, Ariz Qabulovun isə 11 il azadlıqdan məhrum edilməsini tələb edib. Onlar Neft Akademiyasındakı qətli törədən Fərda Qədirovla əlbir olmaqda ittiham olunurlar.

Məhkəmə prosesi avqustun 4-də davam edəcək. Həmin gün müttəhimlər son sözlə çıxış edəcək.

Ötən il aprelin 30-da Fərda Qədirov Neft Akademiyasının 12 müəllim və tələbəsini güllələyəndən sonra özünü öldürmüşdü.

XS
SM
MD
LG