Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:05

Rusiya Azərbaycana raket kompleksi satmasıyla bağlı məlumatı təkzib edib


Rusiya Azərbaycana S-300 zenit-raket komplekslərinin satılmasıyla bağlı yayılmış məlumatı təkzib edib.

APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, «Rosoboroneksport» şirkətinin nümayəndəsi Vyeçeslav Davıdenko məlumata aydınlıq gətirərkən tərəflər arasında belə bir müqavilənin olmadığını bildirib.

Qeyd edək ki, Rusiyanın “Vedomosti” qəzeti bundan əvvəl Rusiyanın Azərbaycana 300 milyon dollarlıq S-300 zenit-raket kompleksi satması barədə məlumat yaymışdı.


XS
SM
MD
LG