Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Qırğızıstan prezidenti iğtişaşların baş verdiyi Oş şəhərinə gedir


Qırğızıstan prezidenti Roza Otunbayevanın iyulun 29-da ölkənin cənubundakı Oş şəhərinə gedəcəyi gözlənilir. Ötən ay Oşda etnik zəminli iğtişaşlarda 300-dən çox adam ölüb.

Ölümlə nəticələnən toqquşmalardan sonra ATƏT 50 silahsız polisi şəhərə yerləşdirməyi planlaşdırır, məqsəd hüquq mühafizə prosesini müşahidə etməkdir.

ATƏT-in planı Bişkekdə razılaşdırılsa da, qırğızların bəzisi bu qərara etiraz edir və həftənin əvvəlində Oşda ATƏT nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər.

Oş və Calal-Abad şəhərlərində özbək və qırğızlar arasında qanlı iğtişaşlarda 300-dən çox adam ölüb, 400 min insan evini tərk edib.
XS
SM
MD
LG