Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Pakistanda matəm günüdür


İyulun 29-da Pakistanda matəm günüdür.

Dünən Karaçidən İslamabada uçan təyyarənin qəzaya uğraması nəticəsində 152 adam ölüb. Ölənlərin əksəriyyəti pakistanlı, ikisi Amerika vətəndaşıdır.

Pakistanın özəl AirBlue şirkətinə məxsus Airbus A-321 eniş edərkən güclü yağış və dumanda qəzaya uğrayıb. İlkin ehtimallara görə, qəzaya məhz pis hava şəraiti səbəb olub. Araşdırma aparılır.

BMT Baş katibi Ban Ki Mun qəza ilə bağlı Pakistan xalqına başsağlığı verib.
XS
SM
MD
LG