Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 17:48

ABŞ-la Cənubi Koreya birgə hərbi təlimlərə başlayıblar


Birləşmiş Ştatlarla Cənubi Koereya Yapon dənizində birgə hərbi təlimə başlayıblar.

Hər iki tərəfdən təlimlərdə 8 min əsgər iştirak edir.

Həmçinin təlimlərə Amerikanın “ Corc Vaşinqton “ təyyarədaşıyan gəmisi də daxil olmaqla 20-ə yaxın gəmi və 200 hərbi təyyarə cəlb olunub.

Hər iki ölkənin müdafiə nazirləri bəyan eləyib ki, bu son təlim deyil və məqsəd Şimali Koreyaya iki ölkənin müttəfiqliyini nümayiş etdirməkdir.

Bu ilin martında Sarı dənizdə Cənubi Koreya gəmisinin batması nəticəsində 46 əsgər həlak oldu.

Beynəlxalq istintaqın gəldiyi nəticəyə görə gəmi Şimali Koreyadan buraxılmış torpedoyla vurulub.
XS
SM
MD
LG