Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Caz ifaçısı El Carro Azərbaycana gələ bilməyəcək


Amerikanın tanınmış caz ifaçısı El Carro Azərbaycana gələ bilməyəcək. Onun yaxın günlərdə Qəbələdə konserti planlaşdırılmışdı.

Bu barədə CNN televiziyası məlumat yayıb.

Konsertin təxirə salınmasına səbəb El Carronun Alp dağlarında səhhətinin qəflətən pisləşməsi və xəstəxanaya yerləşdirilməsidir.

Həkimlər Carronun vəziyyətinin normallaşdığını, lakin bir neçə gün istirahətə ehtiyacı olduğunu bildiriblər.

Caz ifaçısı gələn həftə Fransa, Almaniya və Azərbaycanda şou proqramla çıxış etməli idi.
XS
SM
MD
LG