Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

“Zain” telekomunikasiya şirkəti “Karabakh-Telecom”la əməkdaşlığı dayandırıb


Küveytin “Zain” telekomunikasiya şirkəti “Karabakh-Telecom”la əməkdaşlığı dayandırdı.

XİN mətbuat xidmətinin iyulun 22-də yadığı məlumata görə, Azərbaycanın Küveytdəki səfirliyi bu ölkədə fəaliyyət göstərən “Zain” telekommunikasiya şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh-Telecom” mobil operator şirkəti ilə əməkdaşlıq etdiyini və rouminq razılaşması imzaladığını öyrənib. Bu barədə Azərbaycan XİN-nə məlumat verilib.

Bundan sonra Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı Küveyt höküməti ilə əməkdaşlığı nəticəsində “Zain”in “Karabakh-Telecom”la rouminq üzrə əməkdaşlığı dayandırılıb və şirkətin internet səhifəsində bu barədə düzəliş edilib.

XİN-in məluumatında qeyd olunur ki, Küveyt şirkəti “Zain” Yaxın Şərq, eləcə də Şimali və Mərkəzi Afrikadan olan 23 dövlətdə mobil rabitə və internet xidmətlərini yerinə yetirir.
XS
SM
MD
LG