Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

ATƏT qırğızıstana polis missiyası göndərir


ATƏT təcili Qırğızıstana polislərdən ibarət məsləhətçi qrup göndərilməsi barədə qərar qəbul edib.

Bu missiya ölkənin cənubunda gərginliyin azaldılması və yüzlərlə adamın ölümüylə nəticələnmiş iğtişaşların araşdırılmasına kömək edəcək.

Bişkeklə razılaşdırılmış plana görə ölkəyə 52 polis göndəriləcək və onlar silahsız olacaq.

Oşun meri Melis Murzakmatov bu gün AzadlıqRadiosuna müsahibəsində yerli sakinlərdən çoxunun xarici qüvvələrə qarşı olduqlarını deyib.

O, həmçinin yerli təhlükəsizlik qüvvələrinin həbs edilmiş etnik özbəklərlə amansız rəftarıyla bağlı ittihamları rədd edib.

İyulda Qırğızıstanın cənubunda baş vermiş etnik toqquşmalarda 300-dən çox adam ölüb.

XS
SM
MD
LG