Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 05:05

Etimad İsmayılov aclığa başlayıb


Ədalət Partiyasının lideri İlyas İsmayılovun Rusiyada həbs olunmuş oğlu Etimad İsmayılov aclıq aksiyasına başlayıb.

E.İsmayılovun vəkili Vladimir Filiçkin AzadlıqRadiosuna deyib ki, onun səhhəti ağırdır:

«Etimadın aclıq elan etməsinin səbəbi odur ki, onu heç bir izahat vermədən Qusin istintaq təcridxanasından oğurlayaraq Federal Təhlükəsizlik Xidmətinin təcridxanasına yerləşdiriblər. O özü ilə yalnız ibadət ləvazimatlarını götürə bilib. Etimadın günahsızlığını sübut etmək üçün yığdığımız bir çanta sənəd isə yoxa çıxıb. Mən bu gün onun yanında olmuşam, vəziyyəti ağırdır və o, həkimləri yaxın buraxmır».

Etimad İsmayılovun Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə 7 saylı təcridxanasına köçürülməsi barədə məhkəmə qərarı iyulun 21-nə keçən gecə icra edilib.

E. İsmayılov 2008-ci ildən həbsdədir. O, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.
XS
SM
MD
LG