Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Qəndilov bu gün 80 yaşında vəfat edib.
APA-nın məlumatına görə, Seyfəddin Qəndilov 1953-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib,
1953-1956-cı illərdə aspiranturada təhsilini davam etdirib, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1969-cu ildə professor, sonrakı illərdə “əməkdar təbliğatçı” və “əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb.
O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışıb. 400-ə qədər elmi məqalə, bir çox monoqrafiyanın müəllifi olan alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilib.