Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:40

BMT özbəklərə işgəncə verildiyini deyir


Qırğızıstanın cənubunda hüquq-mühafizə orqanları etnik toqquşmalardan sonra həbs etdikləri özbəklərə işgəncə veriblər – onların dırnaqlarını çıxarıblar, bədənlərində siqaret söndürüblər, davamlı olaraq döyüblər.

Bunu BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley deyib. (Röyters)

Pilley bildirib ki, onun fikirləri Qırğızıstandakı bir sıra mənbələrə əsaslanır.

Onun fikrincə, qırğız polisi bununla həm ölkə qanunlarını, həm də beynəlxalq konvensiyaları pozub.

Pilley deyib ki, bütün bu qanunsuzluqlar bölgədəki kövrək sülhə də təhlükədir.

İyunda qırğızlarla özbəklər arasında baş verən toqquşmalarda 300 nəfər ölmüş, minlərlə ev yandırılmışdı. On minlərlə özbək Özbəkistana qaçmağa məcbur olmuşdu.

İndi onların çoxu geri qayıdıb.

O vaxtdan bəri Oş və Cəlalabad vilayətlərində min nəfər həbs edilib ki, bunların çoxu gənc özbəklərdir.
XS
SM
MD
LG