Türkiyənin rəsmi “Anadolu” agentliyi xəbər verir ki, İstanbul məhkəməsi 196 nəfərə qarşı ittiham irəli sürüb – onları hökuməti devirmək planı hazırlamaqda günahlandırırlar.
Agentliyin məlumatına görə, 968 səhifəlik ittihamnamədə deyilir ki, təqsirləndirilən şəxslər 2003-cü ildə dövlət çevrilişi planı hazırlayıblar və islamçı köklərə malik Ədalət və İnkişaf Partiyasının iqtidarını devirmək istəyiblər.
Təqsirləndirilən şəxslər arasında 30-dək ordu zabiti var. Onların bir qismi istefada olan zabitlərdir.
Hələ ki məhkəmə prosesinin nə vaxt başlanacağı bilinmir.
Hazırda oxşar ittihamlarla yüzlərlə alim, jurnalist, siyasətçi və əsgərə qarşı ayrı məhkəmə prosesləri də davam etməkdədir.