Keçid linkləri

2026, 14 Mart, şənbə, Bakı vaxtı 03:45

Çin atom elektrik stansiyası tikir

Çinin cənub-şərqində yeni atom-elektrik stansiyası tikiləcək. İlkin mərhələdə gücü 1,08 giqavatt olan 2 reaktor tikiləcək.

Sonda isə reaktorların sayı 6-ya çatdırılacaq.

İlkin reaktor 2015-ci ildə hazır olacaq.

Çində hazırda 11 atom elektrik stansiyası var.

Ölkə enerjinin 70 faizini daş kömürdən alır, bu isə ekologiyaya böyük ziyan vurur.

Bundan başqa Çin nüvə reaktorları tikməklə atmosferə buraxılan istixana effektli qazların həcmini azaltmaq istəyir.
XS
SM
MD
LG