Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 06:35

İlham Əliyev ilin sonunda Ukraynaya gedəcək


İlham Əliyev ilin sonunda Ukraynaya rəsmi səfər edəcək. Bunu Azərbaycanda səfərdə olan Ukraynanın xarici İşlər naziri Konstantin Qrişenko azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdikləri brifinqdə deyib.

Ukraynalı nazirin sözlərinə görə, Azərbaycan prezidentinin Ukraynaya səfərinə hazırlıq məsələlərini artıq həmkarı Elmar Məmmədyarovla müzakirə ediblər.
Konstantin Qrişenko deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfəri zamanı Azərbaycan-Ukrayna Prezidentlər Şurasının 2-ci iclasının keçirilməsi planlaşdırılır.

Şuranın ilk iclası ötən ilin aprelində Azərbaycanda keçirilib.
XS
SM
MD
LG