Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 02:40

Gürcüstanın qaz tələbatının 70 faizini Azərbaycan təmin edir


Mixeil Saakaşvili
«Gürcüstanın təbii qaza olan tələbatının 70 faizi Azərbaycan qazı hesabına təmin edilir».

Bunu iyulun 18-də Gürcüstan və Azərbaycan prezidentlərinin birgə birifinqində Gürcüstan prezidenti Mixeil Saakaşvili deyib.

Saakaşvili ölkəsinin enerji infrastrukturunun qurulmasında Azərbaycanın mühüm rolu olduğunu deyib.

«Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaq»- deyə Saakaşvili bildirib.

İlham Əliyev isə çıxışında iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirləcəyini bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG