İyulun 18-i Azərbaycan prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə yola düşüb.
İlham Əliyevin Batumidə Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə təkbətək görüşü olub. AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Görüşdə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Daha sonra isə İlham Əliyev və Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilib.