İyulun 18-də Naxçıvanda Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Türkiyədən Naxçıvana qaz boru kəmərinin tikintisi barədə niyyət protokolu imzalanıb.
Niyyət protokolunu ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və BOTAŞ şirkətinin İdarə Heyətinin sədri Fazil Şenel imzalayıblar.
Bu kəmərlə Azərbaycan qazının Türkiyənin İqdır vilayətindən Naxçıvana nəqli nəzərdə tutulur.