Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Mehmanxanalarda monitorinqlər aparılır


Yay mövsümü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ölkədəki turizm təyinatlı mehmanxanalarda monitorinqlər keçirir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər əsasən, Azərbaycanın yay mövsümündə turizm üçün əlverişli olan bölgələrində, xüsusən şimal bölgəsində aparılır.

Yoxlamalar zamanı mehmanxanaların keyfiyyətinə, xidmətinə və qiymət məsələlərinə diqqət verilir.

Monitorinqlərin yaxın həftə ərzində yekunlaşdırılması nəzərdə tutulur. /AzərTAc/
XS
SM
MD
LG