Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

ATƏT Qırğızıstana polis göndərilməsini dəstəkləyir


ATƏT-ölkələri Qırğızıstanın cənubuna polis missiyası göndərilməsini dəstəkləyir.

Bunu Almaniyanın xarici işlər naziri Qido Vestervelle ATƏT ölkələri xarici işlər nazirlərinin Qazaxıstanda keçirilən qeyri-rəsmi görüşündə bildirib.

İlkin olaraq Qırğızıstanın cənubuna 52 nəfərlik polis missiyası göndərilməsi planlaşdırılır.

Artıq bu məsələ Qırğızıstan rəhbərliyi ilə razılaşdırılıb.

İndi bu planı ATƏT ölkələri də təsdiqləməlidir.

Bu ilin iyununda Qırğızıstanın cənubunda baş vermiş etnik toqquşmalarda 300-ə yaxın adam ölüb.

Almatı görüşündə Əfqanıstandakı vəziyyət də daxil olmaqla beynəlxalq təhlükəsizlik məsələsi müzakirə olunur.


XS
SM
MD
LG