Bu gün Qazaxıstanın Almatı şəhərində ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı olacaq. İki gün davam edəcək toplantının gündəliyində Avropa və Asiyada təhlükəsizlik, Qırğızıstanın cənubunda və Əfqanıstanda vəziyyətlə bağlı məsələlər müzakirə olunacaq.
ATƏT-ə sədrliyi həyata keçirən Qazaxıstan hələ ötən ilin sonundan təşkilatın 1999-cu ildən ilk sammitini keçirmək təklifi ilə çıxış edib.
İyulun 17-də isə bu toplantı çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşəcək.
Elmar Məmmədyarov bildirib ki, errmənistanlı həmkarı Edvard Nalbandyanla görüşü zamanı Laçın və Kəlbəcər rayonlarının azad edilməsi müddəti müzakirə ediləcək.