Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Avropa Birliyi Qafqaz ölkələri ilə danışıqlara başlayıb


Avropa Birliyi Azərbaycan, Gürcüstan və Ermənistanla assosiasiya razılaşması imzalanmasına dair danışıqlara başlayıb. Bu barədə Birliyin Xarici Siyasət üzrə komissarı Katerine Aşton iyulun 15-də məlumat verib.

Aşton özü də hazırda bu danışıqlar üçün Gürcüstanda səfərdədir.

Bu istiqamətdə danışıqlar Azərbaycanla iyulun 16-da, Ermənistanla isə iyulun 19-da aparılacaq. Avropa Birliyi bundan əvvəl Ukrayna və Moldova ilə də eyni məzmunda müzakirələr aparıb.

Avropa Birliyi bu müzakirələri özünün Şərq Tərəfdaşlığı və Qonşuluq siyasəti proqramları çərçivəsində aparır. Həmin proqramlar iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsini, bəzi ticarət və viza proseslərinin yüngülləşdiorilməsini nəzərdə tutur.
XS
SM
MD
LG