Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:22

BP Meksika körfəzində yeni sınağa başlayıb

BP şirkəti Meksika körfəzində yeni avadanlığı sınaqdan keçirməyə başlayıb. Şirkət bununla Meksika körfəzindəki neft sızmasının qarşısını tam almaq istəyir.
BP rəsmisi Kent Uells bildrib ki, dəliyi tutmaq üçün qapaqlardan biri artıq bağlanıb, ikisi qalır. Bu əməliyyat bir neçə saat çəkə bilər. Bundan sonra neftin sızıb-sızmadığı bəlli olacaq.

BP-nin bu təşəbbüsü əvvəldə ABŞ rəsmilərinin narahatlığı ilə qarşılanıb, vəziyyətin daha da pisləşəcəyindən ehtiyatlanıblar.

«British Petroleum»un Meksika körfəzindəki qəzalı quyusundan sızan neft ləkələri ABŞ tarixində ən böyük təbii fəlakət hesab olunur.
XS
SM
MD
LG