Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 18:05

Videkameralar silahlı insidenti törədənləri ifşa edib.


Bakı küçələrində quraşdırılmış videokameralar vasitəsilə 2000-ə yaxın hadisə qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti Bakıda video kameralar vasitəsi ilə qeydə alınan cinayət hadisələrin statistikasını açıqlayıb.

Xidmətin rəisi, polis mayoru İlqar Quliyev ilin birinci yarısında paytaxt küçələrində videokameralar vasitəsi ilə 2000-ə yaxın hadisəni qeydə alındığını, 20 mindən artıq yol hərəkəti qayda pozuntularının aşkar edildiyini bildirib.

Video görüntülər yolu ilə Rusiyada axtarışda olan BMW markalı avtomaşın Bakıda tapılıb. Həmçinin Suraxanı rayonunda silahlı insidenti törədən şəxsləri də məhz təhlükəsizlik kameraları ilə ifşa edib. /APA/
XS
SM
MD
LG