Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:32

“Adnan möhkəmdir, optimistdir”


İyulun 13-də həbsdəki bloqqer Adnan Hacızadə atası Hikmət Hacızadə ilə görüşüb. Bu gün bloqqerin 27 yaşı tamam olur. Hikmət Hacızadə deyib ki, “Adnan möhkəmdir, optimistdir, hamıya salam deyir”.

A. Hacızadə ABŞ–da təhsil alıb, «Ol» Gənclər Hərəkatının yaradıcılarındandır. O, büdcə hesabına Almaniyadan bahalı eşşəklərin alınmasına etiraz olaraq satirik videorolikin ideya müəllifidir.

Adnan Hacızadə və digər bloqqer Emin Milli ötən il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra tutulublar. Qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıqda təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG